Abşeronda maşın piyadanı vurub.
Lent.az xəbər verir ki, hadisə Masazır kəndi, Duzlu göl adlanan ərazidə qeydə alınıb.
Vahidov Vahim Xankişi oğlunun idarə etdiyi “Mercedes Benz Viano” markalı avtomobillə piyada Əzimov Zaur Zakir oğlunu vurub. Nəticədə kişi hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanıb.