Qəza edən maşın
24 yanvar 2022 11:13 (UTC +04:00)

Qəza edən maşın

Maşını sərxoş sürən bacanaqlar saxlanıldı

Şəkidə sərxoş vəziyyətdə avtomobil idarə edən sürücülər saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Lent.az-a verilən məlumata görə, “VAZ-2106” markalı avtomobili idarə edən sürücü Tehran Cabbarov idarəetməni itirib və nəqliyyat vasitəsini yolun kənarındakı işıq dirəyinə vurub. Ərazidə xidmət aparan yol patrul xidmətinin ekipaj qrupu hadisə yerinə yaxınlaşıb. Yoxlama zamanı avtomobildən düşən sürücü yol polisi əməkdaşları ilə mübahisə edib, onların qanuni tələbinə məhəl qoymayıb.

Bu zaman nəqliyyat vasitəsindəki sərnişin, Tehran Cabbarovun bacanağı Elcan Bəxtiyarlı avtomobili sürərək oradan uzaqlaşmağa cəhd edib. Hər iki şəxs saxlanılıb və avtomobillə birgə şöbəyə gətiriliblər. Tibbi müayinədən keçirilən bacanaqların sərxoş olduqları məlum olub.

Onların barələrində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndəriləcək.

# 1185
avatar

Mehman Nəbiyev

Oxşar yazılar