“Meydan TV” işi üzrə  daha bir jurnalist həbs edildi - YENİLƏNİB
07 may 2025 16:37 (UTC +04:00)

“Meydan TV” işi üzrə daha bir jurnalist həbs edildi - YENİLƏNİB

Jurnalist Ülviyyə Əli (Quliyeva) barəsində həbs qətimkan tədbiri seçilib.

Lent.az xəbər verir ki, bu barədə Xətai rayon Məhkəməsi qərar çıxarıb.

Onun barəsində 1 ay 29 gün müddətinə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Ülviyyə Əlinin “Meydan TV” işi ilə əlaqədar saxlanıldığı bildirilir. Ona Cinayət Məcəlləsinin 206.3.2 (Qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

***

saat 08:14

Jurnalist Ülviyyə Əli (Quliyeva) saxlanılıb.

Lent.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Ülviyyə Əlinin “Meydan TV” işi ilə əlaqədar saxlanıldığı qeyd olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1738

Oxşar yazılar