Ağdama gizli getmək istəyənlər
23 noyabr 2021 14:51 (UTC +04:00)

Ağdama gizli getmək istəyənlər

Minalanmış ərazilərə keçən 5 nəfər HƏBS OLUNDU

Ağdamda minalanmış ərazilərə icazəsiz daxil olan şəxslər müəyyən olunub. 

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, rayon ərazisindəki nəzarət postlarından yayınaraq, qanunsuz yollarla insan həyatı üçün təhlükəli ərazidə 1 yük və 1 minik avtomobili müəyyən olunaraq dayandırılıb. Təhlükəsizlik qaydaları çərçivəsində həmin avtomobillər ərazidən çıxarılıb. 

Öz həyatlarını təhlükəyə ataraq, minalardan tam təmizlənməmiş ərazidə müəyyən olunan qayda və tələblərə etinasız yanaşan 6 nəfər – “QAZel” markalı avtomobilin sürücüsü, Ağcabədi rayon sakini Raci Məmmədov, “VAZ-21011” markalı avtomobilin sürücüsü Mahir Məmmədov və sərnişinləri – Elməddin Novruzov, Mütəllim Mirzalıyev, İntiqam Vəliyev və Nazim Məmmədov saxlanılıblar. 

Həmin şəxslər barəsində başlanan inzibati icraata uyğun olaraq toplanan materiallar rayon məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə 5 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq 25 sutka, N.Nəmmədovun sağlamlıq vəziyyəti nəzərə alınaraq 200 manat miqdarında cərimə edilib. 

DİN bir daha vətəndaşları həyat və sağlamlıqlarını təhlükədə qoyaraq qanunsuz yollarla işğaldan azad edilmiş ərazilərə getməməyə, belə səfərlərdən çəkinməyə çağırır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2773

Oxşar yazılar

Bakıda restoranda kütləvi dava -VİDEO

Bakıda restoranda kütləvi dava -VİDEO

23 iyun 2025 , 06:12
Qubada AĞIR QƏZA : ölən və yaralananlar var

Qubada AĞIR QƏZA: ölən və yaralananlar var

22 iyun 2025 , 21:18
Yük maşını çobanı vurdu, qoyunları tələf etdi

Yük maşını çobanı vurdu, qoyunları tələf etdi

22 iyun 2025 , 19:35
Lənkəranda yük və minik avtomobilləri toqquşdu

Lənkəranda yük və minik avtomobilləri toqquşdu

22 iyun 2025 , 15:32
Daşkəsəndə 60 yaşlı kişi yaylaqda döyüldü

Daşkəsəndə 60 yaşlı kişi yaylaqda döyüldü

22 iyun 2025 , 14:25
Ramanada sursat aşkarlandı-VİDEO

Ramanada sursat aşkarlandı-VİDEO

22 iyun 2025 , 11:45
Yevlaxda kanalda batan yeniyetmənin meyiti tapıldı

Yevlaxda kanalda batan yeniyetmənin meyiti tapıldı

22 iyun 2025 , 10:49
Bakıda yataqxanada yanğın oldu

Bakıda yataqxanada yanğın oldu

22 iyun 2025 , 10:08