Mingəçevirdə bıçaqlanma hadisəsi olub.
Lent.az xəbər verir ki, hadisə bu gün gecə saatlarında Mingəçevir şəhəri ərazisində qeydə alınıb.
44 yaşlı Elşad Məmmədov kəsilmiş-deşilmiş xəsarətlər alıb. Polis əməkdaşları əməli törədən şəxsin saxlanılması istiqamətində tədbirlər görür.