Azərbaycandakı qadın  futbol hakimlərinin   sayı açıqlandı
09 oktyabr 2026 16:18 (UTC +04:00)

Azərbaycandakı qadın futbol hakimlərinin sayı açıqlandı

0

Azərbaycanda fəaliyyət göstərən qadın futbol hakimlərinin sayı açıqlanıb.

Bu barədə Lent.az-ın sorğusuna AFFA-nın mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, hazırda ölkəmizdə ümumilikdə 11 qadın futbol hakimi fəaliyyət göstərir.

Onlardan 3-ü FIFA dərəcəli hakimdir.

Bildirilib ki, 2026–2027-ci illər mövsümü üçün qadın futbol hakimlərinin beynəlxalq oyunlara ümumilikdə 31 təyinatı olub.

Qeyd edək ki, qadın hakimlər həm yerli, həm də beynəlxalq futbol yarışlarında ədalət təmsilçisi kimi fəaliyyət göstərirlər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 351

Oxşar yazılar