Minik maşını iki yük maşını ilə toqquşdu: yaralanan var
25 dekabr 2020 15:01 (UTC +04:00)

Minik maşını iki yük maşını ilə toqquşdu: yaralanan var

Xaçmazda “VAZ” markalı minik avtomobili “Volvo” markalı iki yük avtomobilinin arasında sıxılıb qalıb.

Lent.az FHN-in saytına istinadla xəbər verir ki, hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin və Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Keçirilən tədbirlər nəticəsində müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfər minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

# 1134
avatar

Mehman Nəbiyev

Oxşar yazılar