Moskva xəstəxanasında bomba HƏYƏCANI:  700 nəfər...
25 mart 2024 14:58 (UTC +04:00)

Moskva xəstəxanasında bomba HƏYƏCANI: 700 nəfər...

Rusiyanın Moskva şəhərində partlayış təhlükəsi ilə əlaqədar olaraq “Crocus City Hall”dakı terror aktı qurbanlarının da müalicə olunduğu xəstəxanadan 700 nəfər təxliyə edilib.

Lent.az yerli KİV-ə istinadla bildirir ki, mümkün partlayışla bağlı məktub Piroqov adına Milli Tibbi-Cərrahiyyə Mərkəzinin poçt şöbəsinə göndərilib. Söhbət tibb müəssisəsinin bir neçə mərtəbəsində dörd kürək çantasında yerləşən 40 dəqiqəlik taymerli fosforlu əldəqayırma partlayıcı qurğulardan gedir.

İnsanlar binadan çıxarılıb. Hadisə yerinə təcili xidmətlər gəlib.

Martın 23-də Moskva vilayətinin İstra şəhər rayonunun rəhbəri Tatyana Vituşeva bildirib ki, sakinlər naməlum nömrələrdən “terror xarakterli” mesajlar alırlar.

Qeyd edək ki, martın 22-də axşam saatlarında Moskvada “Crocus City Hall” konsert zalında terror aktı baş verib. “Piknik” qrupunun çıxışından əvvəl silahlı şəxslər zala soxularaq tamaşaçılara atəş açıblar. Bundan sonra partlayışlar baş verib və yanğın başlayıb. Rusiya İstintaq Komitəsi terror aktı ilə bağlı Cinayət Məcəlləsinin 205-ci maddəsi ilə cinayət işi açıb.

# 3099
avatar

Oxşar yazılar

Qazaxda sərhədçimiz minaya düşdü

Qazaxda sərhədçimiz minaya düşdü

29 aprel 2024 , 12:42
Nazim Bəydəmirlinin məhkəməsi başladı

Nazim Bəydəmirlinin məhkəməsi başladı

29 aprel 2024 , 12:31
Dünyada selfi çəkərkən  ölənlərin sayı   400-ə çatır

Dünyada selfi çəkərkən ölənlərin sayı 400-ə çatır

29 aprel 2024 , 11:11
Xadimə evdən 60 minlik qızıl oğurladı - BAKIDA

Xadimə evdən 60 minlik qızıl oğurladı - BAKIDA

29 aprel 2024 , 10:48
Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

29 aprel 2024 , 10:40
Tovuzda avtobusun vurduğu qadın xəstəxanada öldü  -FOTO -YENİLƏNİB

Tovuzda avtobusun vurduğu qadın xəstəxanada öldü -FOTO-YENİLƏNİB

29 aprel 2024 , 06:55
Abşeronda "Şkoda" "KamaZ"a çırpıldı

Abşeronda "Şkoda" "KamaZ"a çırpıldı

29 aprel 2024 , 04:39
Bakı-Qazax yolunda  yük maşını   aşdı

Bakı-Qazax yolunda yük maşını aşdı

28 aprel 2024 , 19:39