Moskvada Araz Ağalarova məxsus ticarət mərkəzində atışma: 62 ölü, 100 yaralı var -  VİDEO   -  YENİLƏNİB
23 mart 2024 04:28 (UTC +04:00)

Moskvada Araz Ağalarova məxsus ticarət mərkəzində atışma: 62 ölü, 100 yaralı var - VİDEO - YENİLƏNİB

"Crocus" konsert kompleksində törədilən terror aktı nəticəsində 60-dan çox insan həlak olub.

Lent.az xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, terror aktı qurbanlarının sayı hələ də arta bilər.

***

Saat 02:50

Moskvada "Crocus City Hall" konsert kompleksində baş verən terror aktında ölənlərin sayı artıb.

Lent.az xəbər verir ki, bu barədə "Baza" teleqram kanalı məlumat yayıb.

İlkin məlumatlara görə, ölənlərin sayı 62 nəfərə çatıb.

Eyni zamanda binanın bütün otaqları hələ də yoxlanılmayıb.

Bu səbəbdən ölənlərin sayı arta bilər.

***

Saat 00:21

Polis terror aktından sonra “Crocus City Hall”un beş əməkdaşını saxlayıb.

Lent.az Rusiya KİV-nə istinadla bildirir ki, bu barədə SHOT Telegram kanalı xəbər verir.

Vəziyyəti aydınlaşdırmaq üçün onlar daxili işlər şöbəsinə aparılıb.

Hadisənin şahidi terrorçuların “Crocus City Hall” konsert zalına girərək insanlara atəş açmağa başladığı hücumdan danışıb. 

Onun sözlərinə görə, ikinci və üçüncü zəng arasında parteri kamuflyaj geyimli və maskasız üç silahlı şəxs ələ keçirib. Onlar zaldakı tamaşaçılara atəş açıb, yandırıcı bombalar atıblar. İnsanlar zaldan qaçmağa başlayıblar, mühafizəçilər onları təcili çıxışlara doğru getməyə işarə edib.


***

22 mart, 23:19

Terror aktı zamanı "Crocus City Hall"ın binasında 6200 adam ola bilərdi, çünki "Piknik" qrupunun konsertinə demək olar ki, bütün biletlər satılıb.

İlkin məlumata görə, terror aktını törədən dörd silahlı hadisə yerindən qaçıb.

Lent.az Rusiya KİV-nə istinadən bildirir ki, bu barədə BAZA teleqram kanalı məlumat yayıb.

***

22:11

"Crocus City Hall"a hücum edən silahlı qrup azı beş nəfərdən ibarətdir.

Lent.az bildirir ki, bu barədə SHOT Telegram kanalı məlumat yayıb.

Hücumçular qonaqları küncə sıxaraq onlara atəş açıblar. İlkin məlumatlara görə, 40 nəfər ölüb.

Konsert zalının binası yanır. Yüzə yaxın insan çıxılmaz vəziyyətdə qalıb.

100 nəfər yaralanıb.

***

22:11

Moskvada atışma baş verən "Crocus City Hall" ticarət mərkəzinin Azərbaycan əsilli iş adamı Araz Ağalarova məxsus olduğu bildirilir.

Lent.az-ın məlumatna görə, zalı 25 oktyabr 2009-cu ildə sahibkar Araz Ağalarov açıb və müğənni Müslüm Maqomayevin adını daşıyır.

Son məlumata görə, ölənlərin sayı 15 nəfərə çatıb. 

***

21:36

Moskvada yerləşən "Crocus City Hall" ticarət mərkəzində atışma olub.

Lent.az xəbər verir ki, bu barədə "Baza" telegqram kanalı məlumat yayıb.

Maskalı şəxslər içəridə olanlara atəş açıb, ilkin məlumat görə 12 nəfər ölüb, 35-i isə yaralanıb.

# 8931
avatar

Oxşar yazılar