Sabah iki rayonda  qaz olmayacaq
29 aprel 2024 19:33 (UTC +04:00)

Sabah iki rayonda qaz olmayacaq

Aprelin 30-da Yardımlı və Masallı rayonunun bəzi ərazilərində qaz kəsiləcək.

“Azəriqaz” İstehsalat Birliyindən Lent.az-a verilən məlumata görə, Yardımlı rayonu ərazisində “Ordahal-Yardımlı” yüksəktəzyiqli magistral qaz kəmərində yaranmış qaz sızmalarının ləğv edilməsi ilə bağlı sabah saat 10:00-dan işlər başa çatanadək Yardımlı şəhəri və rayonun 15 kəndi olmaqla, ümumilikdə 3500 abonentin qaz təchizatının məhdudlaşdırılması, işlər başa çatdıqdan sonra qaz təchizatının bərpası nəzərdə tutulub.

# 2616
avatar

Oxşar yazılar