Müdafiə Nazirliyinin tabeliyindəki hərbi hissənin mənimsəməyə görə həbs edilən sabiq maliyyə-xidmət rəisi, kapitan Vahid Novruzlunun barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə keçirilib.
Lent.az APA-ya istinadla xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Emin Əliyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Vahid Novruzlunun cəzası 11 ildən 10 il 6 aya endirilib.
Qeyd edək ki, Bakı Hərbi Məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən Vahid Novruzlu 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdi.
Vahid Novruzlu Müdafiə Nazirliyindəki 143 milyonluq mənimsəmə faktı ilə bağlı cinayət işindən ayrılmış epizod üzrə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) apardığı istintaq çərçivəsində cinayət məsuliyyətinə cəlb olunub.
Ona Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə), 313-cü (vəzifə saxtakarlığı), 333.4 (Hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə) maddəsi ilə ittiham irəli sürülüb.