Müsəlmanları təhqir edən qızı azərbaycanlı polkovnik  araşdıracaq - VİDEO
06 dekabr 2025 15:45 (UTC +04:00)

Müsəlmanları təhqir edən qızı azərbaycanlı polkovnik araşdıracaq - VİDEO

0

Rusiyanın Perm vilayətində 12 yaşlı Mariya Yuşkova məscid tikintisinə qarşı şeir oxuduğu videodan sonra polis şöbəsinə çağırılıb və dindirilib.

Lent.az yerli mediaya istinadla bildirir ki, Mariya Konstitusiyanın 51-ci maddəsinə istinad edərək ifadə verməkdən imtina edib. Cavab olaraq ona bildirilib ki, valideynləri Cinayət Məcəlləsinin 150.4-cü maddəsi (“Yetkinlik yaşına çatmayan şəxsin cinayət törətməsinə cəlb edilməsi”) üzrə 10 ilədək həbs oluna bilər və o, ailəsindən alınaraq uşaq evinə göndəriləcək.

Onun saxlanılmasına səbəb yanvarda məscid tikintisinə qarşı yayılan müsəlmanları təhqir edən videosu olub. Videoda qız belə sözləri olan şeiri səsləndirib:

“Qalx ayağa, xalqım, üstümüzə vəhşi dəstə gəlir, vətəni silmək üçün uzanır məscid”.

Hazırda uşağı buraxıblar. Sağçı ictimai səhifələr bildiriblər ki, qız məktəbin yanında iki polis ekipajı tərəfindən saxlanılıb və dindirmə bir neçə saat davam edib.

Məlumata görə, ilkin yoxlamanı Perm ekstremizmlə mübarizə mərkəzinin baş əməliyyat müvəkkili, etnik inquş olan mayor Oskanov Adam Alixanoviç aparıb. Hazırda yoxlama Motovilixin rayon şöbəsinə ötürülüb və ona birbaşa etnik azərbaycanlı polkovnik Tarverdiyev Əli Məhərrəm oğlu rəhbərlik edir. Məscid tikintisini İbrahimovlar ailəsi həyata keçiriblər. 

Mariya ictimai xadim Roman Yuşkovun qızıdır. Qəsəbənin problemi ilə dərindən bağlı olan uşaq keçən yay miqrant məscidi üçün ayrılmış sahədə çəkilmiş və internetdə yayılan, Verxnyaya Kuryanı dəstəkləyən bir şeir yazıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 294

Oxşar yazılar