Əli Hüseynov və avtobus
11 mart 2022 23:14 (UTC +04:00)

Əli Hüseynov və avtobus

Narkotik çəkib AVTOBUS SÜRDÜ: son aqibəti...

Qubada avtobus sürücüsü narkotikin təsiri altında avtomobil idarə edərkən saxlanılıb.

Bu barədə Lent.az-a Daxili İşlər Nazirliyinin  Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

Belə ki, Quba rayon sakini Əli Hüseynovun idarə etdiyi marşrut avtobusu Quba rayonu ərazisində nəzarət-yoxlama qaydasında saxlanılıb. Polis əməkdaşları tərəfindən həmin sürücünün narkotik vasitənin təsiri altında olmasına dair əsaslı şübhələr yaranıb. Ə.Hüseynov rayon Polsi Şöbəsinə gətirilərək həkim müayinəsindən keçirilib və narkotik vasitənin təsiri altında olması müəyyən edilib.

Quba rayon məhkəməsinin qərarı ilə həmin şəxs 15 gün müddətinə inzibati qaydada həbs edilib.

# 1719
avatar

Mehman Nəbiyev

Oxşar yazılar