Naxçıvanda ağır qəza, 6 nəfər yaralandı
25 yanvar 2026 21:34 (UTC +04:00)

Naxçıvanda ağır qəza, 6 nəfər yaralandı

0

Naxçıvanda ağır qəza 6 nəfərin xəsarət almasına səbəb olub.

Lent.az APA-ya istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi Naxçıvan-Ordubad magistralının Babək rayonunun Çeşməbasar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "NAZ-Lifan" markalı avtomobillə "Xəzər" markalı avtomobil toqquşub. Baş verən qəzada 2012-ci il təvəllüdlü Zahid Əliyev, 2003-cü il təvəllüdlü Elcan Rəhimli, 2010-cu il təvəllüdlü Salman Əliyev, 1986-cı il təvəllüdlü Şəhanə Əliyeva, 2012-ci il təvəllüdlü Ayla Əliyeva və 1993-cü il təvəllüdlü Turqut Əlibəyli xəsarət alıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə yerləşdiriliblər.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 312

Oxşar yazılar