Salyanda maşın piyadanı vurub öldürdü
24 yanvar 2026 22:35 (UTC +04:00)

Salyanda maşın piyadanı vurub öldürdü

0

Salyan rayonunda yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Ələt–Astara magistral yolunun rayonun Yenikənd kəndi ərazisindən keçən hissəsində baş verib.

İlkin məlumata görə, avtomobil Salyan sakini, 1981-ci il təvəllüdlü Taleh Teyyub oğlu İsmayılovu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 236

Oxşar yazılar