Futbol üzrə Almaniya çempionatının 19-cu turunda “Bavariya” “Auqsburq”u qəbul edib
Lent.az xəbər verir ki, çempionatın lideri cari mövsümdə ilk dəfə stadionu məğlub tərk edib.
Münxenlilər matçın 19-cu dəqiqəsində Hiroki İtonun qolu ilə hesabda irəli çıxıblar.
Lakin qonaqlar qarşılaşmanın 75-ci və 81-ci dəqiqələrində iki dəfə fərqlənməklə “Bavariya”ya ilk məğlubiyyəti yaşadıblar.