Samuxda baş verən qəza ilə bağlı Samux Rayon Mərkəzi Xəstəxanasının məlumat yayıb.
Məlumata görə, Samux rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 25.01.2026-ci il tarixində saat 09:00 radələrində 3 nəfər (qadın) Samux Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
***
11:04
Samuxda mikroavtobusun aşması nəticəsində digər xəsarət alanların kimliyi məlum olub.
Xəsarət alanlar mikroavtobusun sərnişinləri
1989-cu il təvəllüdlü S.Səfərova, 1969-cu il təvəllüdlü A.Əhmədova, 1990-cı il təvəllüdlü P.Balakişiyeva, 1991-ci il təvəllüdlü R.Məmmədov və 1990-cı il təvəllüdlü M.Zülfüqarovdur.
Yaralılar Samux və Gəncə şəhərlərində yerləşən xəstəxanalara aparılıb.
Qeyd edək ki, qəzaya Qazel markalı mikroavtobus səhər saatlarında fəhlələri işə aparan zaman qəza uğrayıb, xəsarət alanlar mikroavtobusun sərnişinləridir.
Faktla bağlı araşdırma aparılır./ APA
***
10:11
Xəbərə fotolar əlavə edilib.
***
09:26
Samuxda mikroavtobusun aşması zamanı ölən və yaralılardan birinin kimliyi məlum olub
Samuxda fəhlə daşıyan sərnişin mikroavtobus aşması zamanı ölən və xəsarət alanların adları məlum olub.
Ölən sərnişin 2000-ci il təvəllüdlü V.Əsgərovdur. Xəsarət alanlardan M.Zülfüqarovun adı məlum olub, digərlərinin adı dəqiqləşdirilir./APA
***
09:06
Samuxda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki hərəkətdə olan “Qazel” markalı mikroavtobus aşıb. Qəza zamanı bir nəfər hadisə yerində ölüb, bir neçə nəfər isə xəsarət alıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Məlumata görə aşan Qazel markalı mikroavtobus fəhlələri işə aparırmış. Ölən və xəsarət alanların kimlikləri dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır./ APA