Naxçıvanda evdən oğurluq edən GÖYƏRÇİN TUTULDU
28 oktyabr 2025 17:01 (UTC +04:00)

Naxçıvanda evdən oğurluq edən GÖYƏRÇİN TUTULDU

0

Babək rayonunda evdən oğurluq edilib.

Naaxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Babək rayon Polis İdarəsinə rayon ərazisində yerləşən yaşayış evlərinin birindən pul oğurlanması barədə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən 24 yaşlı Göyərçin Sadiqova qısa müddətdə müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla G.Sadiqovanın qanunsuz yolla evə daxil olaraq oradan 1500 manat pul, 700 ABŞ dolları oğurladığı məlum olub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 452

Oxşar yazılar