Naxçıvanda ölümlə nəticələnən qəza:  "Toyota" dərəyə aşdı...
20 avqust 2022 14:28 (UTC +04:00)

Naxçıvanda ölümlə nəticələnən qəza: "Toyota" dərəyə aşdı...

Naxçıvanda ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, hadisə avqustun 18-də saat 22 radələrində Şahbuz rayonunun Biçənək kəndi ərazisində baş verib. Naxçıvan şəhər sakini N.Quliyev idarə etdiyi “Toyota” markalı avtomobili dərəyə aşırıb. Nəticədə xəstəxanaya yerləşdirilən sərnişin Abbas Hüseynov orada ölüb.

Faktla bağlı Şahbuz rayon Polis Şöbəsində araşdırma aparılır.

# 2223
avatar

Mehman Nəbiyev

Oxşar yazılar