Naxçıvanda qəzada yaralananlardan biri də  öldü
02 iyun 2026 22:31 (UTC +04:00)

Naxçıvanda qəzada yaralananlardan biri də öldü

0

Naxçıvanda baş verən qəzada yaralananlardan daha biri xəstəxanada ölüb.

Lent.az APA-ya istinadən xəbər verir ki, mayın 23-də Naxçıvan-Ordubad magistralının Babək rayonu Çeşməbasar kəndi ərazisindən keçən hissəsində "Hyundai" markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində yaralanan 24 yaşlı Vəliyev Şahin Elxan oğlu bu gün xəstəxanada ölüb.

Qeyd edək ki, qəza zamanı 6 nəfər yaralanıb. Onlardan 22 yaşlı Əlizadə Nail İlham oğlu qəzadan 3 gün sonra xəstəxanada ölüb.

Yaralanan digər 4 nəfər - İbrahimov Firudin Namiq oğlu, Əsədli Turan Xaliq oğlu, Qasımov Zeynal Elxan oğlu və Rzazadə Samiq Səbuhi oğlunun müalicəsi davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 366

Oxşar yazılar