Naxçıvanda yasda  23 qadın qazdan zəhərləndi  -  YENİLƏNİB
12 dekabr 2025 19:25 (UTC +04:00)

Naxçıvanda yasda 23 qadın qazdan zəhərləndi - YENİLƏNİB

0

Dəm qazından zəhərlənənlərin hamısı qadındır.

"Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin təcili tibbi yardım şöbəsinə 23 nəfər dəm qazı zəhərlənməsi şübhəsi ilə daxil olub. Daxil olanlar arasında səkkiz nəfərdə dəm qazına xas olan əlamətlər müşahidə edilib".

Lent.az bildirir ki, bunu Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin Təcili tibbi yardım şöbəsinin həkimi-infektsionisti Tahirə Məmmədova deyib.

Həkim qeyd edib ki, xəstələrə ilkin tibbi yardım göstərilmiş və uzun müddət müşahidə altında saxlanılıb:

"Müraciət edənlərin hamısı qadın olub. Xəstələrin vəziyyəti stabil olduqdan sonra evə buraxılıb. Hazırda stasionarda yerləşdirdiyimiz xəstə yoxdur".

***

18:58

Naxçıvanda dəm qazından kütləvi zəhərlənmə olub.

Lent.az APA-ya istinadla bildirir ki, hadisə Babək rayonu Kültəpə kəndində baş verib.

20-dən çox şəxsin yas mərasimində dəm qazından zəhərləndiyi bildirilir.

Onlar Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər.

Hazırda faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 336

Oxşar yazılar