Nazir generala yeni vəzifə verdi
18 fevral 2022 11:49 (UTC +04:00)

Nazir generala yeni vəzifə verdi

Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinə yeni rəis təyin olunub.

Lent.az-ın məlumatına görə, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb. Əmrə əsasən, Bakı şəhər Baş Polis İdarəsinin xidmət üzrə rəis müavini polis general-mayoru Zaur Abdullayev tutduğu vəzifədən azad edilib.

Digər əmrlə o, nazirliyin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Həmçinin Bakı şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin rəisi polis polkovniki Sərdar Səfərov vəzifəsindən azad olunaraq, Bakı şəhər Baş Polis İdarəsinin xidmət üzrə rəis müavini vəzifəsinə gətirilib.

Xəbəri DİN mətbuat xidməti Lent.az-a təsdiqləyib.

# 4122
avatar

Mehman Nəbiyev

Oxşar yazılar