Oğuzda kafedə tək qalan oğlanın  DƏHŞƏTİ: qolunu kəsdi,  həbs olundu
24 oktyabr 2025 17:04 (UTC +04:00)

Oğuzda kafedə tək qalan oğlanın DƏHŞƏTİ: qolunu kəsdi, həbs olundu

0

Oğuzda kafedə insident törədən gənc həbs olunub.

Lent.az-ın məlumatına görə, hadisə şəhər ərazisindəki “Vidadi” kafesində qeydə alınıb.

Burada dostları ilə yeyib-içən 21 yaşlı Tural Abbaszadə (ad və soyad şərtidir) sərxoş halda naməlum səbəbdən əsəbiləşərək, boşqabı sındırıb və nəticədə qolu kəsilib.

Hadisə yerinə gələn polis əməkdaşları Turalı şöbəyə aparıblar.

Tural Abbaszadə ifadəsində bildirib ki, həmin gün həddən artıq sərxoş olub:

“Dostlarımla kafedə spirtli içki qəbul etdik. Sonra uşaqlar siqaret çəkmək üçün bayıra çıxdılar. Mən tək qaldım. Bu zaman içkinin təsiri altında olduğum üçün əsəbiləşib əlimi masaya çırpdım. Nəticədə boşqab sındı və qolum kəsildi. Qolumdan qan axırdı. Bundan sonra ünvansız uca səslə söyüşlər söydüm. Polis əməkdaşları gələndə isə onların tələbinə tabe olmadım, xidməti avtomobilə minəndən sonra düşüb qaçmağa cəhd etdim. Amma məni yenə tutularaq, maşına mindirdilər. Sərxoş olduğumdan özümdə deyildim, buna görə də məhkəmədən qanunla güzəşt edilməsini xahiş edirəm”.

Bu əməlinə görə, Tural barəsində İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis və ya hərbçinin tələbinə məhəl qoymamaq) maddələri ilə protokol tərtib olunub.

Oğuz rayon Məhkəməsində hakim Emin Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə Tural Abbaszadə barəsində 15 gün müddətinə inzibati həbs cəzası verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 493

Oxşar yazılar