Özünü prokuror kimi təqdim edən dələduz tutuldu
22 fevral 2022 16:00 (UTC +04:00)

Özünü prokuror kimi təqdim edən dələduz tutuldu

Süphan Tağıyevin qanunsuz hərəkətləri barədə daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində şəxsiyyəti müəyyənləşdirilən Süphan Tağıyevin Sumqayıt şəhər Təhsil İdarəsinə özünü Anar adlı prokurorluq əməkdaşı kimi təqdim edib Baş Prokurorluğun mətbuat xidmətinin guya yeni yaradılacaq bölmələrinə ixtisasca müəllim olan namizədlər barəsində məlumatların verilməsini tələb edərək namizədliyi irəli sürülmüş vətəndaşın sözügedən işlə təmin olunacağı barədə verdiyi yalan vəd müqabilində 2021-ci il fevralın 2-də sonuncunun 2 min 500 manat pul vəsaitini dələduzluq yolu ilə ələ keçirməsinə əsaslı şübhələr yaranıb.

Cinayət işi üzrə əhəmiyyət kəsb edən halların, eləcə də cinayətlərin törədilməsində digər şəxslərin iştirak edib-etməməsinin müəyyənləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

# 2253
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Göygöldə yeniyetmə ÇAYDA BATDI  -VİDEO -YENİLƏNİB

Göygöldə yeniyetmə ÇAYDA BATDI -VİDEO-YENİLƏNİB

19 may 2024 , 01:59
Gəncədə velosiped oğruları  saxlanıldı

Gəncədə velosiped oğruları saxlanıldı

18 may 2024 , 23:26
Sumqayıtda mənzildən qadın meyiti  tapıldı

Sumqayıtda mənzildən qadın meyiti tapıldı

18 may 2024 , 22:39
Şəkidə iki maşın  TOQQUŞDU:   Bakı sakinləri yaralandılar

Şəkidə iki maşın TOQQUŞDU: Bakı sakinləri yaralandılar

18 may 2024 , 20:14
Zaqatalada avtomobil ağaca çırpıldı,  yaralanan var

Zaqatalada avtomobil ağaca çırpıldı, yaralanan var

18 may 2024 , 20:01
Zakir Həsənov polkovniki işdən çıxardı

Zakir Həsənov polkovniki işdən çıxardı

18 may 2024 , 19:18
Azərbaycanda məktəbli qız özünü öldürdü

Azərbaycanda məktəbli qız özünü öldürdü

18 may 2024 , 18:53
SON DƏQİQƏ:  Bakıda gənc oğlan özünü asdı

SON DƏQİQƏ: Bakıda gənc oğlan özünü asdı

18 may 2024 , 18:20