Paltardəyişmə otağında  körpəsini əmizdirən   qadın QOVULDU
22 fevral 2024 15:09 (UTC +04:00)

Paltardəyişmə otağında körpəsini əmizdirən qadın QOVULDU

Moskvada fitnes klubuna gələnlərdən biri paltardəyişmə otağında körpəsini əmizdirib, bundan sonra müəssisədən qovulub.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Ziyarətçilərdən biri fitnes klubuna uşağı ilə gələn qadından şikayətlənib. O, soyunub-geyinmə otağında yad birinin uşağını əmizdirməsini izləməyin onun üçün xoşagəlməz olduğunu bildirib.

Müəssisənin işçiləri qadın və uşağının klubu tərk etməsini istəyib. Bundan sonra müəssisə rəhbərliyi sosial şəbəkə istifadəçilərinin hücumuna məruz qalıb, onlar işçilərin işdən çıxarılmasını və süd verən anadan üzr istəməsini tələb etməyə başlayıblar.

# 2844
avatar

Fidan İlqar

Oxşar yazılar