Pirallahıda evlərdən oğurluq edən saxlanıldı
09 iyun 2023 18:42 (UTC +04:00)

Pirallahıda evlərdən oğurluq edən saxlanıldı

Bakıda evlərdən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Pirallahı qəsəbəsindəki bir evdən 1000 manat pul, digər evdən isə televizor və həyətindən dəmir qapı oğurlanıb.

Pirallahı rayon Polis İdarəsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş Ə.Eyvazov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

# 1599
avatar

Oxşar yazılar