Polis Çimnaz Sultanovanın evindən edilən oğurluqla bağlı AÇIQLAMA YAYDI
24 yanvar 2022 11:49 (UTC +04:00)

Polis Çimnaz Sultanovanın evindən edilən oğurluqla bağlı AÇIQLAMA YAYDI

"Aktrisa Çimnaz Sultanovanın evindən oğurluq edilməsi ilə bağlı araşdırmalar aparılır".

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Lent.az-a bildirib ki, aktrisa Çimnaz Sultanovanın evindən edilən oğurluq faktı ilə əlaqədar Bakı şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsi üzrə istintaq hərəkətləri davam etdirilir.

Onun sözlərinə görə, iş üzrə icraatın dayandırılması ilə bağlı iddialar əsassızdır.

Qeyd edək ki, aktrisa Ç. Sultanova evindən 80 min avroluq qızıl-zinət əşyalarının oğurlandığını bildirib. O, 2018-ci ildə baş verən cinayətin prodüser Zərif Əlixanov və onun yeniyetmə qızı tərəfindən törədildiyini iddia edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4986

Oxşar yazılar