Polis saxlayanda  özünü yandırdı   -  VİDEO
01 avqust 2025 15:24 (UTC +04:00)

Polis saxlayanda özünü yandırdı - VİDEO

Rusiyanın Petropavlovsk-Kamçatski şəhərində polis tərəfindən saxlanılmaq istənilən bir şəxs özünü yandıraraq intihara cəhd edib.

Lent.az bu barədə xarici mediaya istinadən xəbər verir ki, hadisənin görüntüləri social şəbəkələrdə yayılıb.

Videoda hüquq mühafizə orqanlarına məxsus avtomobillər və onların arxasında alov içində olan şəxsi söndürməyə çalışan polislər görünür. Alov sonda zərərsizləşdirilir.

Hadisə ilə bağlı verilən ilkin məlumata görə, həmin şəxs cinayət törətməkdə şübhəli bilinərək saxlanılmaq istənilib. O əvvəlcə polisdən qaçmağa çalışıb, daha sonra isə hüquq mühafizəçilərini yandırmağa cəhd edib. Lakin bu planı baş tutmayıb. Sonda üzərinə yanacaq tökərək özünü yandırıb.

Hazırda o bədən yanığı ilə xəstəxanaya yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 952

Oxşar yazılar