Polisə tabe olmayan yük maşınının sürücüsü həbs edildi
09 avqust 2022 10:29 (UTC +04:00)

Polisə tabe olmayan yük maşınının sürücüsü həbs edildi

Sosial şəbəkələrdə paylaşılan görüntülərdə polisin qanunu tələbinə əməl etməyən yük maşını sürücüsü həbs edilib.

Baş Dövlət Yol Polisi İdarəsindən  Lent.az-a verilən məlumata görə, avqustun 7-də Əmirli Zamiq Əmir oğlu idarə etdiyi 15-BH-564 dövlət nömrə nişanlı, “Kamaz” markalı yükmaşını ilə stasionar postda yol polisinin “saxla” işarəsinə əməl etməyərək hərəkətini davam etdirib. 

DYP əməkdaşları onu saxlamağa müvəffəq olub. Polisin qanuni tələblərinə əməl etmədiyinə görə, barəsində toplanmış materiallar aidiyyəti üzrə məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Əmirli Zamiq Əmir oğlu sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmaqla 1 ay müddətində inzibati qaydada həbs olunub.

# 1947
avatar

Mehman Nəbiyev

Oxşar yazılar