Almaniyada porno aktyoru Ukraynadan olan qaçqın yazıçıya sığınacaq verib, lakin sonra onu təhqir edib, zorlayıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, 36 yaşlı Henri T. hazırda Berlin məhkəməsində mühakimə olunur. O, musiqi müəllimidir, piano və saksafondan dərs deyir. Eyni zamanda, o, porno filmlərdə aktyordur - o, artıq 100-dən çox qısametrajlı filmdə çəkilib.
Keçən ilin yazında o, internetdə ukraynalı qaçqınlara kömək təklifi yerləşdirib. Artıq mayın 28-də o, Berlin vağzalında uşaqlar üçün kitablar yazan 27 yaşlı ukraynalı yazıçı ilə görüşüb.
İttiham tərəfinin iddiasına görə, kişi qadını Kepenik rayonundakı mənzildə kilidləyib və qadın onun cinsi təcavüzünün qurbanı olub. Ukraynalı qadın eyvana qaçaraq polisi çağırmaq üçün qışqırıb. Mayın 30-da o, qaçıb.
“Birdən qışqırdı: “Zorlama!” Qonşulara görə onun ağzını bağladım. Heç bir zorlama olmayıb. Onun telefonda danışdığını eşitdim. O, polisə ünvanımı dedi, yəqin ki, üzvlük kartımda oxumuşdu. Özümü itirdim və ona şillə vurdum. Bıçağı götürməsin deyə otaqları bağladım. Eyvandan qışqırdı, mən onu oradan çıxartdım, yerə yıxıldıq. Mən onun ağzını bağladım”, – Henri məhkəmədə deyib.