"Prius"un sürücüsü sükan arxasında  YATDI : Ölən var
31 mart 2023 18:15 (UTC +04:00)

"Prius"un sürücüsü sükan arxasında YATDI: Ölən var

0

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu, Məştağa qəsəbəsində qeydə alınıb.

Bakı şəhər sakini, 21 yaşlı Bilal Füzuli oğlu Rəcəbovun idarə etdiyi "Toyota Prius" markalı avtomobil maneəyə çırpılıb. 

Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerindəcə dünyasını dəyişib. İlkin məlumata görə, qəzaya sürücünün sükan arxasında yatması səbəb olub. 

Faktla bağlı araşdırma aparılır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2499

Oxşar yazılar