Qripə yoluxan qadın bütün əzalarını itirdi
15 noyabr 2023 17:39 (UTC +04:00)

Qripə yoluxan qadın bütün əzalarını itirdi

ABŞ-da qadın qripdən xəstələndikdən sonra bütün əzalarını itirib.

Lent.az xəbər verir ki, bu barədə "Fox News" məlumat dərc edib.

Ohayo ştatında orta məktəb direktoru işləyən 42 yaşlı Kristin Foks 2020-ci ilin mart ayında qripə yoluxub. Qadın xəstəxanaya gedib, ona virus əleyhinə dərman yazılıb və evə göndərilib. Ertəsi gün Foksun vəziyyəti kəskin şəkildə pisləşib. Qadının tibbi təcrübəsi olan bir dostu onun qan təzyiqini və oksigen səviyyələrini ölçüb. Hər ikisi kritik dərəcədə aşağı olub. Foks təcili olaraq xəstəxanaya çatdırılıb. Süni nəfəs aparatına qoşulub. Ona sağ qala bilməyəcəyini deyiblər.

Xəstədə böyrək və ağciyər çatışmazlığına səbəb olan bakterial pnevmoniya inkişaf edib. Bir neçə gün sonra həkimlər Foksun septik şoka düşdüyünü aşkar ediblər. O, komaya düşüb. İnfeksiyanın yayılmasının qarşısını almaq üçün həkimlər qadının ayaqlarını dizdən aşağı, qollarını isə dirsəkdən aşağı kəsməli olublar.

Əməliyyatdan sonra həkimlər Foksu komadan çıxarıblar. Üç gün sonra o, özbaşına nəfəs ala bilib və süni nəfəs aparatından ayrılıb. Qadın bir neçə həftə sonra evə buraxılıb və altı həftəlik iki intensiv fizioterapiya kursu keçib.

Hazırda qadın məktəbə işə qayıdıb və protezlərin köməyi ilə gəzir. “Mən ümumiyyətlə protez əllərdən istifadə etmirəm. Onlarsız yaşamağı öyrəndim - bu şəkildə daha asandır. Mən hətta onlarsız maşın sürürəm” deyə qadın bildirib.

Kristin Fox and family

Kristin Fox

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3735

Oxşar yazılar