Qubadlıdan 4 ton kabel  çıxarmaq istəyən saxlanıldı
15 mart 2022 19:31 (UTC +04:00)

Qubadlıdan 4 ton kabel çıxarmaq istəyən saxlanıldı

Qubadlıda şirkət əməkdaşı saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, martın 13-də rayonun Balasoltanlı kəndi ərazisində işğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən şirkətlərdən birində işləyən A.Əliyevin idarə etdiyi “KamAZ” markalı avtomobil saxlanılıb. Avtomobilə baxış zamanı 4 ton elektrik naqili aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

# 1794
avatar

Mehman Nəbiyev

Oxşar yazılar