Ramiz Mehdiyev
17 oktyabr 2025 14:42 (UTC +04:00)

Ramiz Mehdiyev

Ramiz Mehdiyev istintaqa əsa ilə getdi, 7 saat dindirilib

0

Dövlət Təhlükəsizlik Xidmətininin İstintaq Baş İdarəsində aparılan istintaq çərçivəsində PA-nın sabiq rəhbəri Ramiz Mehdiyev növbəti dəfə ifadə verib.

Barəsində ev dustaqlığı qətimkan tədbiri seçilən Ramiz Mehdiyev dünən 7 saata yaxın müstəntiqlərin suallarını cavablandırıb.

Mehdiyevi dövlət tərəfindən təqdim edilən vəkil Zaur Abıyev müşaiyət edib.

Məlumatda o da bildirilir ki, Ramiz Mehdiyev istintaqa gələrkən əlində əsa olub.

PA-nın sabiq rəhbəri CM-nin 274 (dövlətə xəyanət) və 278 ( Hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə ) maddələri ilə ittiham olunur.

Qeyd edək ki, Səbail Rayon Məhkəməsi onun barəsində 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib. / Gununsesi.info

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 858

Oxşar yazılar