Rasim Məmmədov bu şəhərdəki obyektlərə nə qədər haqq qoyubmuş? - ŞOK DETALLAR Lent.az-da
03 mart 2022 20:15 (UTC +04:00)

Rasim Məmmədov bu şəhərdəki obyektlərə nə qədər haqq qoyubmuş? - ŞOK DETALLAR Lent.az-da

Ötən ayın əvvəli Sumqayıtda saxlanılan “İctimai Nəzarət Koalisiyası”nın sədri Rasim Məmmədovun törətdiyi bəzi cinayətlərin detalları məlum olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, araşdırmalarla müəyyən edilib ki, R. Məmmədov dələduzluqla, habelə hədə-qorxu ilə pul tələb edərək xeyli adama ziyan vurub.

R.Məmmədovun əməllərindən zərərçəkən çoxlu sayda iş adamı və müharibə qaziləri Daxili İşlər Nazirliyinə şikayətlər ünvanlayıblar.

Belə ki, R. Məmmədov Birinci Qarabağ müharibəsi qazisi Sevgili Rəsulovanın Sabunçu rayonu “Gülçülük” adlanan ərazidə tikintisi yarımçıq qalan evinin tamamlanacağına söz verərək ondan 6 min manat pul alıb.

Həmçinin, Sumqayıtda Nəsimi Məmmədov adlı vətəndaş da təşkilat sədrinin tələsinə düşüb. O, Tağıyev qəsəbəsindəki obyekt üçün yararlı olan yarımtikilinin alınması üçün R. Məmmədova 8 min manat ödəyib. Ancaq ortada nə pul olub, nə obyekt.

Araşdırmalar zamanı R. Məmmədovun xuliqanlıq əməli də aşkar edilib. Məlumata görə, o, Sumqayıtda yerləşən “Azmetal” MMC-yə gələrək səbəbsiz yerə oranın direktor müavini Ramiz Hüseynovu söyüb və əlindəki telefonu şirkətin anbardarı Sabir İsmayılovun başına çırpıb.

Bundan başqa, “İctimai Nəzarət Koalisiyası” sədrinin "reketliyi" də ortaya çıxıb. Məlum olub ki, o, obyektlərdən hədə-qorxu ilə pul tələb edirmiş. Belə ki, R. Məmmədov Sumqayıtdakı taksi parkla üzbəüz obyektlərdən aylıq icarə haqları alıb. O, bu əməlini 2013-cü ildən həbs edilən günədək davam etdirib.

Eyni cinayətlə üzləşən digər şəxs isə şəhərin İnşaatçılar qəsəbəsindəki “Az-Lead” MMC-nin direktor müavini işləyən Türkiyə vətəndaşı Uğur Dəniz də DİN-ə müraciət ünvanlayıb. O bildirib ki, R. Məmmədov onu və zavodun rəhbərliyini televiziya və internet vasitəsilə rüsvay edəcəyi ilə hədələyərək 1500 manat pul alıb.

Qeyd edək ki, “İctimai Nəzarət Koalisiyası”nın sədri Rasim Məmmədov bu il fevralın əvvəli Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

# 12273
avatar

Mehman Nəbiyev

Oxşar yazılar

Zakir Həsənov polkovniki işdən çıxardı

Zakir Həsənov polkovniki işdən çıxardı

18 may 2024 , 19:18
Azərbaycanda məktəbli qız özünü öldürdü

Azərbaycanda məktəbli qız özünü öldürdü

18 may 2024 , 18:53
SON DƏQİQƏ:  Bakıda gənc oğlan özünü asdı

SON DƏQİQƏ: Bakıda gənc oğlan özünü asdı

18 may 2024 , 18:20
Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

Bakıda qadın yeniyetmənin telefonunu alıb qaçdı

18 may 2024 , 16:09
İntihara cəhd edən Dilarədən ETİRAF

İntihara cəhd edən Dilarədən ETİRAF

18 may 2024 , 14:27
Dələduzluğa görə axtarışda olanlar tutuldu

Dələduzluğa görə axtarışda olanlar tutuldu

18 may 2024 , 14:21
Sumqayıtda itkin düşən ana və 2 övladı  tapıldı

Sumqayıtda itkin düşən ana və 2 övladı tapıldı

18 may 2024 , 13:46
Tərtərdə qız öz evindən  oğurluq etdi

Tərtərdə qız öz evindən oğurluq etdi

18 may 2024 , 13:15