Rayon sakini özünü Kür çayına atdı - RƏSMİ
09 aprel 2021 08:32 (UTC +04:00)

Rayon sakini özünü Kür çayına atdı - RƏSMİ

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində 1 nəfərin özünü suya atması barədə məlumat daxil olub. 

FHN-dən Lent.az-a verilən məlumata görə, dərhal hadisə yerinə cəlb olunan Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaş xilas edilərək aidiyyəti üzrə təhvil verilib. 

# 1503
avatar

Oxşar yazılar