Rusiyada keçmiş yol polisi rəisinə cinayət işi açılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, Yamal-Nents Muxtar vilayətinin Tazovsk rayonunda Dövlət Yol Polisi İdarəsinin sabiq rəisi Pavel Çernışev saxlanılıb. O, xidməti saxtakarlıqda ittiham olunaraq məhkəmə qarşısına çıxacaq.
İstintaqın iddiasına görə, o, 2024-cü ildə tanışına məxsus avtomobilin konstruktiv dəyişikliklərdən sonra tələblərə uyğun olduğu barədə Dövlət Avtomobil Müfəttişliyi bazasına məlumat daxil edib. Lakin həmin məlumat gerçək olmayıb. İş məhkəməyə göndərilib.