Rüfət Səfərovla bağlı yeni MƏHKƏMƏ QƏRARI
18 mart 2025 13:40 (UTC +04:00)

Rüfət Səfərovla bağlı yeni MƏHKƏMƏ QƏRARI

0

Xuliqanlıq və dələduzluqda ittiham olunan hüquq müdafiəçisi Rüfət Səfərov barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı istintaq orqanı tərəfindən verilən təqdimata baxılıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, bu gün Binəqədi rayon Məhkəməsində təqdimatla bağlı qərar verilib. Qərara əsasən, Rüfət Səfərov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti mayın 3-dək uzadılıb.

Qeyd edək ki, Rüfət Səfərov dekabrın 3-də saxlanılıb. Binəqədi rayon Polis İdarəsində ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 127.2.3 (Qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2034

Oxşar yazılar