Rusiya onları Azərbaycana təhvil verdi
22 oktyabr 2025 12:02 (UTC +04:00)

Rusiya onları Azərbaycana təhvil verdi

0

«Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında» 07.10.2002-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Alıyev Hafiz Salman oğlu, Əliyev Nəriman Elşad oğlu, Nuriyev Kazım Ağaqulu oğlu və Həsənov Emin Vasif  oğlunun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Rusiya Federasiyasının Baş Prokurorluğu tərəfindən təmin edilib.

Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, həmin şəxslərin Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib və istintaqdan qaçıb gizləndiklərinə görə onlar beynəlxalq axtarışa veriliblər.

Qeyd olunan şəxslər Rusiya Federasiyasının ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 698

Oxşar yazılar