Rusiyada məktəbdə  ATIŞMA:   ölənlərin sayı artdı - VİDEO  - YENİLƏNİB
11 may 2021 17:33 (UTC +04:00)

Rusiyada məktəbdə ATIŞMA: ölənlərin sayı artdı - VİDEO - YENİLƏNİB

Tatarıstanın rəhbəri Rüstəm Minnixanov Kazandakı 175 saylı gimnaziyada atışma nəticəsində ölənlərin sayı artıb. 

“Biz 7 uşaq itirmişik, 8-ci sinif şagirdləridirlər. Dördü oğlan, 3-ü qızdır. Bundan əlavə, bir müəllim də ölüb. Ölənlərdən biri də qadındır”, - Lent.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, Minnixanov deyib. 

Onun sözlərinə görə, hazırda kliniki uşaq xəstəxanasına 18 uşaq yerləşdirilib. İki nəfər də 7 saylı şəhər klinik xəstəxanasında, biri isə Respublika klinik xəstəxanasında müalicə olunur. 

***

13:09

Kazandakı məktəbdə atəş açılması nəticəsində 7 uşaq və bir müəllim həlak olub, 20 nəfər yaralanıb.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, bu haqda Tatarıstan prezidentinin mətbuat xidməti məlumat yayıb. Ölən məktəblilərin 4-ü oğlan, 3-ü qızdır.

Regional Səhiyyə Nazirliyinin məlumatına görə, xəstəxanalara 21 nəfər yerləşdirilib, 6 uşaq reanimasiyadadır. 
 

***

12:19

Güc strukturları Kazanda məktəbə hücum edən ikinci silahlını məhv ediblər. 

Gənc yaşlarında olan həmin şəxsin binanın 4-cü mərtəbəsində məhv edildiyi bildirilir. 
 

***

12:05

Kazanda məktəbə hücum edənlərdən birinin şəxsiyyəti müəyyənləşdirilib.

Lent.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, o, 19 yaşlı Qalyaviev İlnaz Renatoviçdir.

Hücumda iştirak edən ikinci şəxsin məktəb binasında hələ də 6-7 nəfəri girov kimi saxladığı bildirilir. Onun şəxsiyyəti də hələ ki dəqiqləşdirilməyib. 

***

11:46

Kazandakı məktəbdə atışma nəticəsində ölənlərin sayı 13-ə çatıb. 

***

11:37

Kazanda naməlum şəxslər məktəb binasında atəş açıblar.

Lent.az-ın Rusiya mediasına istinadla verdiyi xəbərə görə, insident 175 saylı gimnaziyada qeydə alınıb. 

Bəzi məlumatlara görə, uşaqlar pəncərədən tullanmalı olublar, məktəbin həyətinə valideynlər və yerli sakinlər toplaşıblar. 

Valideynlərin sözlərinə görə, məktəbin binasına avtomat silahla 2 kişi daxil olub, atəş açıblar, dərhal sonra patlatış səsi də eşidilib. 
 
Atəş açanlardan birinin pəncərədən tullandığı, digərinin hələ də binada olduğu bildirilir. 

Məlumata görə, bir nəfər ölüb, biri yaralanıb. 


 

Məktəbdə atışma

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 10352

Oxşar yazılar

Azərbaycana gətirdikləri dron  əllərindən alındı

Azərbaycana gətirdikləri dron əllərindən alındı

2 may 2025 , 13:59
500-dən çox adam Azərbaycandan çıxa bilmədi

500-dən çox adam Azərbaycandan çıxa bilmədi

2 may 2025 , 13:40
Bakıda sərxoş kişi hamamda yıxılıb öldü

Bakıda sərxoş kişi hamamda yıxılıb öldü

2 may 2025 , 13:17
Ağcabədidə evdən meyit tapıldı

Ağcabədidə evdən meyit tapıldı

2 may 2025 , 12:28
Bakıda FACİƏ:  gənc qız hamamda BOĞULDU

Bakıda FACİƏ: gənc qız hamamda BOĞULDU

2 may 2025 , 11:46
Azərbaycanlı biznesmen 600 milyon dolları  necə ələ keçirib? - TƏFƏRRÜATLAR

Azərbaycanlı biznesmen 600 milyon dolları necə ələ keçirib? - TƏFƏRRÜATLAR

2 may 2025 , 10:36
"Koroğlu"da nasaz avtomobilə görə zəncirvari QƏZA - HADİSƏ ANI

"Koroğlu"da nasaz avtomobilə görə zəncirvari QƏZA - HADİSƏ ANI

2 may 2025 , 10:22
Sumqayıtda şagird vəfat etdi

Sumqayıtda şagird vəfat etdi

2 may 2025 , 10:19