Rusiyada qətl törədən azərbaycanlı ailədən 102 milyon tələb olunur
14 avqust 2025 15:56 (UTC +04:00)

Rusiyada qətl törədən azərbaycanlı ailədən 102 milyon tələb olunur

Rusiyanın paytaxtı Moskvada azərbaycanlı tərəfindən öldürülən motosikletçinin atası təqsirləndirilən şəxslərə qarşı yeni maliyyə tələbləri irəli sürüb.

Lent.az yerli mediaya istinadla bildirir ki, bu gün prosesdə mərhumun atası Oleq Kovalyov əlavə olaraq dindirilib. O, oğlunun qətlinin ağır nəticələri barədə ətraflı danışıb. Onun sözlərinə görə, hadisənin yaratdığı stress fonunda mərhumun anası ciddi şəkildə xəstələnib. Ona qaraciyər transplantasiyası əməliyyatı edilib və qadına II qrup əlillik statusu verilib.

Buna görə də, dəfn xərcləri və mənəvi zərərə görə kompensasiyadan əlavə, Kovalyov vəkili vasitəsilə təqsirləndirilən şəxslərdən qadının piyada hərəkət edə bilmədiyi üçün nəqliyyat xərclərinin, həmçinin dərman preparatlarının qiymətinin ödənilməsini tələb edib.

Xüsusilə, Kovalyov təqsirləndirilən şəxslərdən 1 milyon 750 min rubl dəfn xərcləri, 204 min rubl nəqliyyat və dərman xərcləri, həmçinin hər bir valideyn üçün 50 milyon rubl məbləğində mənəvi zərərin ödənilməsini tələb edir.

Ümumilikdə iş üzrə 6 nəfər mühakimə olunur — onlardan biri, birbaşa qətldə ittiham olunan Şahin Abbasovonun qohumlarıdır.

Xatırladaq ki, hadisə 17 aprel 2024-cü ildə Krasnodarskaya küçəsindəki bir binanın həyətində baş verib. Motosikletçi səkidə saxlanılmış avtomobilə görə azərbaycanlı sürücüyə irad bildirib və bu, qətllə nəticələnib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 538

Oxşar yazılar