“Rosselxoznadzor” iyulun 11-dən Azərbaycan istehsalçılarından Rusiyaya bütün növ süd məhsullarının idxalına qadağa qoyub.
Lent.az Rusiya mediasına istinadla bildirir ki, tətbiq edilən tədbirlər “OOO ALLBUY” və “OOO MILK PRODUCTS” şirkətlərinin istehsal etdiyi məhsullara şamil edilir.
“Qərar Azərbaycan tərəfinin Rusiya Müfəttişliyi Xidmətinə adıçəkilən süd məhsulları istehsalçılarına yoxlama aparılmasına icazə verməkdən imtina etməsi və onların məhsullarının Rusiyaya sonrakı tədarükündə maraqlı olmaması əsasında qəbul edilib”, - deyə məlumatda bildirilir.
Agentliyin məlumatına görə, tədbirlər tələb və standartlara uyğunluğu yoxlamaq məqsədilə planlaşdırılıb. Qeyd olunur ki, planlı yoxlamaların keçirilməsinə səbəblərdən biri 2024-cü ildə aparılan monitorinqlər zamanı mütəxəssislər tərəfindən aşkar edilən nöqsanlar olub.