Rusiyanın Krasnoyarsk vilayətində 1 milyon rubl (təxminən 19 min 100 manat) məbləğində rüşvət almaqda şübhəli bilinən polis əməkdaşına qarşı cinayət işi açılıb.
Lent.az yerli mediaya istinadla bildirir ki, korrupsiya cinayətini FSB-nin yerli idarəsi aşkar edib.
Məlumata görə, aprel ayında Daxili İşlər Nazirliyinin cinayət axtarış idarəsinin müstəntiqi vəzifəsində çalışan polis əməkdaşı Krasnoyarsk sakininin iştirakı olmadan hədə-qorxu ilə tələb etmə maddəsi ilə cinayət işinin başlanmasına köməklik göstərəcəyini vəd edərək tanışından pul alıb.
Polis saxlanılıb, araşdırma aparılır.