Rüşvətlə  hərbi xidmətdən   yayınmağa şərait yaradan vəzifəli şəxs tutuldu
06 mart 2024 19:07 (UTC +04:00)

Rüşvətlə hərbi xidmətdən yayınmağa şərait yaradan vəzifəli şəxs tutuldu

Hərbi xidmətə çağırış sahəsində verilən qanun pozuntularına qarşı Baş Prokurorluq tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə kompleks tədbirlər davam etdirilir.

Lent.az xəbər verir ki, bu barədə Baş Prokurorluq və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin birgə məlumatında deyilir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nizami rayon idarəsinin Çağırış şöbəsinin baş zabiti vəzifəsində işləyən hərbi qulluqçu Hümbət Nəbiyevin xidməti vəzifələrinin icrası zamanı vətəndaşdan rüşvət tələb etməsi və alması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb.

Aparılmış əməliyyat-istintaq tədbirləri ilə Hümbət Nəbiyevin həmin vəzifədə işləyərkən əvvəlcə vətəndaşa müvəqqəti olaraq möhlət hüququnun verilməsi müqabilində müəyyən məbləğdə pul vəsaitini rüşvət qismində alması, daha sonra isə həmin şəxsə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı olmasına dair hərbi biletin təqdim edilməsi müqabilində külli miqdarda rüşvət tələb etməsinə əsaslı şübhələr müəyyən edilib.

İş üzrə toplanmış ilkin sübutlar əsasında Hümbət Nəbiyev şübhəli şəxs qismində tutularaq ona Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə ittiham elan edilib, istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

İstintaq zamanı cinayət əməlinin törədilməsində iştirak etmiş bütün şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilməsi təmin ediləcək.

# 3375
avatar

Oxşar yazılar

Dünyada selfi çəkərkən  ölənlərin sayı   400-ə çatır

Dünyada selfi çəkərkən ölənlərin sayı 400-ə çatır

29 aprel 2024 , 11:11
Xadimə evdən 60 minlik qızıl oğurladı - BAKIDA

Xadimə evdən 60 minlik qızıl oğurladı - BAKIDA

29 aprel 2024 , 10:48
Bakıda evdən meyit tapıldı

Bakıda evdən meyit tapıldı

29 aprel 2024 , 10:40
Tovuzda avtobusun vurduğu qadın xəstəxanada öldü  -FOTO -YENİLƏNİB

Tovuzda avtobusun vurduğu qadın xəstəxanada öldü -FOTO-YENİLƏNİB

29 aprel 2024 , 06:55
Abşeronda "Şkoda" "KamaZ"a çırpıldı

Abşeronda "Şkoda" "KamaZ"a çırpıldı

29 aprel 2024 , 04:39
Bakı-Qazax yolunda  yük maşını   aşdı

Bakı-Qazax yolunda yük maşını aşdı

28 aprel 2024 , 19:39
Neftçalada 46 yaşlı kişi  göldə   batdı

Neftçalada 46 yaşlı kişi göldə batdı

28 aprel 2024 , 19:36
Şəkidə qəza-Xəsarət alanlar var

Şəkidə qəza-Xəsarət alanlar var

28 aprel 2024 , 18:12