Rüşvətlə işə düzəldən vəzifəli qadına cinayət işi AÇILDI
15 iyul 2022 15:42 (UTC +04:00)

Rüşvətlə işə düzəldən vəzifəli qadına cinayət işi AÇILDI

Mingəçevirdə rüşvət alan vəzifəli şəxs ifşa edilib.

Şəhər Prokurorluğundan Lent.az-a verilən xəbərə görə, Rəsm Qalereyasının direktor müavini Fatma Ələkbərovanın işə düzəltmək adı altında vətəndaşın pulunu ələ keçirməsi ilə bağlı daxil olmuş müraciət üzrə araşdırma aparılıb.

Araşdırmalarla Fatma Ələkbərovanın tanışının Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına köçürülmə qaydasında işə qəbul olunacağı barədə yalan vədlər verməklə ondan 7 min manat pul vəsaitini alaraq ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı  Cinayət Məcəlləsinin 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq) və 32.4, 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

# 1599
avatar

Mehman Nəbiyev

Oxşar yazılar