Rüşvətxor polis polkovniki  belə tutuldu: TƏFƏRRÜAT - FOTO
10 oktyabr 2025 15:50 (UTC +04:00)

Rüşvətxor polis polkovniki belə tutuldu: TƏFƏRRÜAT - FOTO

0

Rusiyada Beloyarski rayonu polis idarəsinin rəisinin saxlanılması barədə xəbər vermişdik.

Lent.az yerli mediaya istinadla bildirir ki, bu gün məhkəmə polis polkovniki Yuri Boriskin barəsində həbs qətimkan tədbiri seçib.

Məlumata görə, polkovnik saxlanılarkən ciddi müqavimət göstərib. Belə ki, Boriskin qandallanmağı gözləməyib: avtomobilinə minərək, qaçmağa cəhd edib. Təhlükəsizlik əməkdaşları dərhal onun arxasına düşüb və təqib zamanı polisin avtomobili ağaca çırpılıb. Buna baxmayaraq, Boriskin təslim olmayıb.

O, maşından çıxaraq daxili təhlükəsizlik əməkdaşlarına qarşı əlbəyaxa davaya başlayıb. Nəticədə, təqib edən əməkdaşlardan birinin qolu qırılıb, digəri isə döyülüb. Ümumilikdə iki “xüsusi təhlükəsizlik” əməkdaşı xəsarət alıb.

Lakin bütün müqavimətlərə baxmayaraq, Boriskin saxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 530

Oxşar yazılar