"SalamNews” və “İnteraz”ın rəhbəri Mətləb Bağırova hökm oxundu
24 fevral 2025 12:28 (UTC +04:00)

"SalamNews” və “İnteraz”ın rəhbəri Mətləb Bağırova hökm oxundu

"SalamNews” informasiya agentliyi və “İnteraz”ın rəhbəri Mətləb Bağırovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Lent.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili çıxış edib.

O bildirib ki, cinayət işində adı keçən bir neçə nəfər dindirilməyib: "Bu iş üzrə adı keçən H.Kefsiz, N.Kaya və digər şəxslər məhkəmədə dindirilməyib. Bununla bağlı vəsatətlərimiz təmin edilməyib. Müvəkkilim bir sıra maddələr üzrə özünü təqsirli bilmir. Xahiş edirəm, ona bəraət verilsin".
Mətləb Bağırovun vəkili müdafiə etdiyi şəxsin məhkəmədə sərgilədiyi davranışın da nəzərə alınmasını söyləyərək, ona bəraət verilməsini xahiş edib.

Daha sonra Mətləb Bağırov son söz deyib. O, hakimlərdən ədalətli qərar verilməsini xahiş edib: "Məhkəmədən xahiş edirəm ki, mənə bəraət verilsin. Hamınıza təşəkkür edirəm. Eyni zamanda, bu müddət ərzində əziyyətimi çəkən əməkdaşlara və vəkilimə də təşəkkür edirəm".

Məhkəmədə hökm oxunub. Hökmə əsasən, Mətləb Bağırov 3 il jurnalist fəaliyyəti ilə məşğul olması qadağan edilərək, 12 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, dövlət ittihamçısı da onun 12 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, Hacı Mətləb kimi tanınan Bağırov Mətləb Mirzəmməd oğlu xaricdə dini təhsil alıb, "İnterAz" və "SalamNews" informasiya agentliklərinin təsisçisi olub. O, 2023-cü il yanvarın 30-da Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə həbs olunub. Cinayət işi üzrə zərərçəkmiş qismində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tanınıb. O, Cinayət Məcəlləsinin 162-1.1-ci maddəsi (Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi), 167-3.1-ci maddəsi (Dini ekstremist materialları saxlama), 193.2.2-ci maddəsi (Xüsusilə külli miqdarda gəlir əldə etməklə yalançı sahibkarlıq), 193-1.3.2-ci maddəsi (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda pulları leqallaşdırma) və digər maddələri ilə təqsirləndirilir.(APA)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1346

Oxşar yazılar

İki yaşlı oğlan  anasını öldürdü   -  VİDEO

İki yaşlı oğlan anasını öldürdü - VİDEO

16 iyun 2025 , 16:18
Gəncədə hamamda  PARTLAYIŞ: qadın yandı

Gəncədə hamamda PARTLAYIŞ: qadın yandı

16 iyun 2025 , 15:48
Bakıda FACİƏ : 4 yaşlı qız 8-ci mərtəbədən yıxılıb öldü

Bakıda FACİƏ: 4 yaşlı qız 8-ci mərtəbədən yıxılıb öldü

16 iyun 2025 , 14:26
Bakıda yeniyetmə dənizdə batdı

Bakıda yeniyetmə dənizdə batdı

16 iyun 2025 , 12:17
Xaçmazda evdən meyit  tapıldı

Xaçmazda evdən meyit tapıldı

16 iyun 2025 , 11:49
Oğuz-Qəbələ-Bakı su kəmərində qəza:  Bakı susuz qalacaq?

Oğuz-Qəbələ-Bakı su kəmərində qəza: Bakı susuz qalacaq?

16 iyun 2025 , 11:33
Qəbələdə DƏHŞƏT:   həmkəndlisini dəhrə ilə öldürdü

Qəbələdə DƏHŞƏT: həmkəndlisini dəhrə ilə öldürdü

16 iyun 2025 , 09:34
Mikroavtobusla yük avtomobili toqquşdu - 3 yaralı

Mikroavtobusla yük avtomobili toqquşdu - 3 yaralı

16 iyun 2025 , 02:54