64 yaşlı kişi 18 yaşlı gənci maşınla vurub  öldürdü
02 avqust 2025 10:51 (UTC +04:00)

64 yaşlı kişi 18 yaşlı gənci maşınla vurub öldürdü

Qala qəsəbəsində qəzaya düşən 18 yaşlı yeniyetmə xəstəxanada ölüb.

Lent.az-ın xəbərinə görə, hadisə Qala qəsəbəsindən Pirallahı rayonu istiqamətinə olan yolda baş verib.

Məlumata görə, 64 yaşlı Balatir Əliyev idarə etdiyi “VAZ 2104” markalı avtomaşın ilə hərəkətdə olarkən, piyada, 18 yaşlı Polad Hüseynovu vurub, nəticədə sonuncu aldığı xəsarətlərdən Sabunçu tibb mərkəzində ölüb.

Faktla bağlı Xəzər rayon Polis İdarəsində cinayət işi başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 492

Oxşar yazılar