8 dəqiqəyə stressi azaldan  mahnı -VİDEO
02 avqust 2025 11:53 (UTC +04:00)

8 dəqiqəyə stressi azaldan mahnı -VİDEO

Gündəlik həyatda bir çoxumuz müəyyən musiqilərin ani şəkildə əhvalımızı yaxşılaşdırdığını və narahatlığı azaltdığını hiss etmişik. Lakin Britaniyanın “Marconi Union” musiqi qrupuna məxsus “Weightless” adlı səkkiz dəqiqəlik instrumental bəstə bu baxımdan xüsusilə effektiv hesab olunur.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu əsər dünyanın ən sakitləşdirici musiqisi kimi tanınır.

Tədqiqat: “Weightless” mahnısı narahatlığı 65% azaldır

Alimlər tərəfindən keçirilən eksperiment zamanı iştirakçılardan çətin tapşırıqları qısa zamanda yerinə yetirmələri istənilib. Bu stresli mühitdə könüllülərin ürək döyüntüləri və qan təzyiqləri xüsusi cihazlarla izlənilib. Tapşırıqlar yerinə yetirilərkən fərqli musiqilər səsləndirilib və məlum olub ki, “Weightless” mahnısı zamanı iştirakçıların narahatlıq səviyyəsi 65% azalıb.

Mahnının gücü: Elmi əsaslar

Nevroloq və musiqi terapevti Dr. Stiven Alder bildirib ki, bu mahnanı digər əsərlərdən fərqləndirən əsas cəhət musiqişünaslarla əməkdaşlıq çərçivəsində xüsusi olaraq stress reaksiyasını yavaşlatmaq üçün hazırlanmasıdır.

Mahnının tempi 60 döyüntü/dəqiqə ilə başlayır və tədricən 50-yə qədər yavaşlayır. Bu isə dinləyicinin ürək döyüntüsünün musiqi ritminə uyğunlaşmasına səbəb olur – bu hal “entrainment” (bədən ritmlərinin sinxronizasiyası) kimi tanınır.

Musiqidə ritm, ton və səs səviyyəsində kəskin dəyişikliklər yoxdur. Bu sabitlik beyində sakitlik hissini artırır və əlavə zehni stimulyasiyadan qoruyur.

“Weightless” əsəri daha çox masaj, yoga və meditasiyalar zamanı səsləndirilir və bu da onun rahatlaşdırıcı təsirini artırır.

Stressi azaltmaq üçün musiqidən necə istifadə etməli?

Dr. Alder-in tövsiyələrinə görə:

Yavaş tempdə, instrumental və ritmi sabit olan musiqilər daha sakitləşdirici təsirə malikdir. Şəxsi musiqi zövqü də vacibdir. Hər kəs üçün sakitləşdirici olan musiqi fərqli ola bilər.

Gərgin, yüksək səslə ifa olunan və emosional yükü ağır olan mahnılardan uzaq durun, çünki bu cür musiqilər stressi daha da artıra bilər.

Əgər məqsədiniz rahatlanmaqdırsa, negativ məzmunlu və ya aqressiv sözləri olan musiqilərdən qaçın.

Alternativ üsul: Təsəvvür və təbiət

Daha öncə aparılmış digər tədqiqatlar da göstərib ki, təbiət mənzərələrini təsəvvür etmək stressin azalmasına səbəb ola bilər. Sadəcə 5 dəqiqəlik sakitlik, təxəyyül gücü və təbiətlə bağlı xatirələr belə ürək ritmini yavaşladır və rahatlıq hissi yaradır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 556

Oxşar yazılar