Salyanda sürücü sükan arsaında ölüb.
Lent.az xəbər verir ki, Salyan şəhər sakini, 1952-ci il təvəllüdlü Elton Aqil oğlu Əliyev “VAZ-2106” markalı 52 BH 844 N-li avtomobili idarə edərkən infarkt keçirib.
Nəticədə sürücü sükan arxasında ölüb və avtomobil maneəyə dəyib.
Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.